Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kommunikasiya meneceri” layihəsi üzrə görüş keçirildi.

12.10.2022

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən strateji kommunikasiya siyasətinin effektiv şəkildə həyata keçirilməsi məqsədilə təqdim olunan “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Sabirabad Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirilib.

Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən iclasda “Kommunikasiya meneceri” layihəsi üzrə Sabirabad Regional Mədəniyyət İdarəsində yaradılmış işçi qrupunun üzvləri və tabe müəssisələrdə sosial media üzrə əlaqələndirici şəxslər iştirak ediblər.

İclasda Sabirabad Regional Mədəniyyət İdrəsinin rəisi Fərid Qurbanzadə çıxış edərək, İdarənin kommunikasiya meneceri Anar Rəhimliyə və onun rəhbərliyi ilə yaradılmış işçi qrupuna uğurlar arzulayıb, layihənin fəaliyyətinə dair tövsiyələrini verib.

Daha sonra kommunikasiya meneceri Anar Rəhimli layihənin məqsədləri barədə məlumat verib, eyni zamanda layihənin ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılmasına,  media subyektləri və ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etdiyindən söhbət açıb.

İclas qarşılıqlı fikir mübadiləsi ilə davam edib.

Sonda xatirə şəkli çəkilib.