Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət Nazirliyi kommunikasiya menecerləri komandasını ictimaiyyətə təqdim edir

03.10.2022

İctimaiyyətə məlum olduğu kimi, Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi və sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “Kommunikasiya meneceri” layihəsi təqdim olunub.

Layihə çərçivəsində nazirliyin regional mədəniyyət idarələrində çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul nümayəndə – kommunikasiya meneceri kimi fəaliyyətini davam etdirəcək.

Nazirliyin regional mədəniyyət idarələri üzrə kommunikasiya menecerləri (onlar barədə məlumatlar və əlaqə vasitələri – fotolarda) ictimaiyyətə təqdim olunur: Pərvanə Muradzadə (Bakı), Leyla Dadaşova (Sumqayıt), Fərid Musayev (Xaçmaz), Nurtən Əkbərli (İsmayıllı), Elvin Qarayev (Şəki), Ramil Əhmədov (Kürdəmir), Leyla Bayramova (Ağstafa), Tamam Orucova (Şəmkir), Fərid Məmmədli (Gəncə), Əhliyyət Əliyev (Bərdə), İlkin Mamedov (Ağcabədi), Natəvan Ağayeva (Ağdaş), Anar Rəhimli (Sabirabad), Kürçaylı Məmmədov (Biləsuvar), Ceyhun Bəşirov (Masallı), Əli Abasov (Lənkəran).

Yuxarıda adları qeyd olunan menecerlər media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı regional idarənin tədbir və layihələrinin mediada işıqlandırılmasını, idarənin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də sosial media fəaliyyətinin təşkilini təmin edəcək.

Qeyd edək ki, layihə mədəniyyətimizin, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumlarına vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

Məlumat üçün bildiririk ki, kommunikasiya menecerlərinin peşəkar inkişafını dəstəkləmək məqsədilə ADA Universitetinin "İctimai əlaqələr və medianın əsasları" adlı təlim kursunda onların iştirakı nazirlik tərəfindən adıçəkilən layihə çərçivəsində təmin edilib. Təlim kursu “Ünsiyyət və netvörkinq bacarıqları”, “Ənənəvi və sosial media ilə işləmək bacarıqları”, “Kommunikasiya planının qurulması”, “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları”, “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzularını əhatə edib.