Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İmtahanda uğur qazanan müəllimlə görüş keçirilmişdir.

29.09.2022

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkil etdiyi müsabiqənin hər iki mərhələsində uğur qazanaraq, Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinə xanandə müəllimi təyin olunan Xəqani Niftəliyev ilə görüş keçirmişdir.

İdarə rəisi imtahanda uğur qazanan müəllimi təbrik etmiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.