Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq, Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir.

27.09.2022

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq, Sabirabad rayon Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir.

Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak etmişdir.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, şanlı qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirmişdir.

Tədbirin bədii hissəsində Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən əlillərdən ibarət “Mübarizlər” teatrının hazırladığı “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Tədbirin yekununda, saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qarabağ Azərbaycandır!

Şəhidlərimizi ehtiramla anırıq!

Şəhidlər Ölməz!

Şəhidlər ölməz, Vətən bölünməz!