Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayonunda “Mübariz” və “Komandir” filmlərinin təqdimat mərasimi keçirilmişdir.

28.06.2022

24 iyun 2022-ci il tarixində Azərbaycanın Milli Qəhrəmanları Mübariz Əhmədov və polkovnik-leytnant Murad Mirzəyevə həsr olunmuş “Mübariz” və “Komandir” filmlərinin təqdimat mərasimi keçirilmişdir.

Sabirabad rayon Mədəniyyət Mərkəzində baş tutan tədbir Sabirabad rayon İcra Hakimiyyətinin, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə millət vəkili Ramin Məmmədov, Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, filmlərin rejissoru Murad Muradov, hər iki qəhrəmanın ailə üzvləri - Mübariz Əhmədovun bacısı Nüşabə Əlizadə, Murad Mirzəyevin atası Telman Mirzəyev çıxış edərək,

hər iki qəhrəman haqqında öz xatirələrini bölüşmüş, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan söhbət açmışlar.

Sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Səlnamə” film studiyası tərəfindən çəkilən “Mübariz” və “Komandir” filmləri nümayiş olunmuş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.