Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayonunda ”15 İyun-Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib.

15.06.2022

15 iyun 2022-cu il tarixində "15 İyun-Milli Qurtuluş Günü" ilə bağlı Sabirabad rayon Heydər Əliyev Mərkəzində Sabirabad rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad rayon Təşkilatının sədri Varis Rüstəmov, rayonun hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin Sabirabad rayonunun mərkəzi meydanında yerləşən heykəli önünə gül dəstələri düzülmüşdür.

Tədbirdə çıxış edən Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətarflı söz açmışdır.

Sonra digər çıxışçılar - Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova, şəhid Zamin Balakişiyevin anası Bikəxanım Balakişiyeva Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışlar.

Sonda Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxış keçirilmişdir.