Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 iyun 2022-ci il tarixində “15 iyun – Milli Qurtluş Günü” ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində iclas keçirilmişdir.

14.06.2022

14 iyun 2022-ci il tarixində “15 iyun – Milli Qurtluş Günü” ilə əlaqədar Sabirabad rayon Mədəniyyət Mərkəzində iclas keçirilmişdir.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən iclasda rayon partiya təşkilatının sədri Varis Rüstəmov, idarə rəisi Fərid Qurbanzadə, təşkilatın və idarənin əməkdaşları, eləcə də mədəniyyət işçiləri iştirak etmişdir.

Tədbirdə çıxış edən rayon partiya təşkilatının sədri Varis Rüstəmov, idarə rəisi Fərid Qurbanzadə və digərləri çıxış edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından, onun layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət və qayğıdan, həmçinin Yeni Azərbaycan Partiyasının ümumi fəaliyyətindən söhbət açmışlar.

Sonda partiya üzvlüyünə yeni qəbul olunmuş 4 nəfərə üzvlük biletləri təqdim edilmiş, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə YAP Sabirabad rayon təşkilatının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təşkilatın Fəxri Fərmanı ilə təltif edilmişdir.