Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Dahilər yurdu Şuşa” adlı tədbir keçirilib.

06.06.2022

Şirvan şəhər Mədəniyyət Mərkəzində "Dahilər yurdu Şuşa" adlı tədbir keçirilib.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov,Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, mədəniyyət işçiləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Şirvan Dövlət Rəsm Qalereyasının, Şirvan şəhər Mədəniyyət Mərkəzinin rəsm və yaradıcılıq dərnəyinin üzvlərinin əl işlərindən, Şuşanın tarixi və mədəniyyətini əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar. 21 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət rəqs kollektivinin ifasında "Şuşanın dağları" adlı rəqs iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonra Mədəniyyət Mərkəzində həvəskar rejissor-ssenarist Elşən İsmayılın "Dahilər yurdu Şuşa" adlı tamaşasının təqdimatı keçirilib. Tamaşa geniş auditoriya tərəfindən maraqla izlənilib. Şuşanın tarixi, böyük şəxsiyyətləri, tanımış ziyalıları haqqında məlumat və epizodlar tamaşaçılarda Şuşanın keçmişi və bu günü barədə geniş təəssürat yaradıb.

Tamaşadan sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov tamaşanın aktyor heyəti ilə görüşərək onları təbrik edib, daha böyük yaradıcılıq uğurları arzulayıblar. Sonda yaradıcı heyətlə xatirə şəkli çəkilib.