Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivini Şuşa şəhərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında uğurlu iştirakı ilə əlaqədar qəbul etmişdir.

01.06.2022

Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evinin nəzdində fəaliyyət göstərən “Adıgün” Türk Xalq Folklor kollektivini Şuşa şəhərində keçirilən V Xarıbülbül Beynəlxalq Folklor Festivalında uğurlu iştirakı ilə əlaqədar qəbul etmişdir. Qəbulda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə iştirak etmişdir. Səmimi görüşdə Saatlıda yaşayan Axıska türklərinin adət-ənənəsi, folkloru, milli-mənəvi dəyərləri barədə maraqlı fikirlər səsləndirilmişdir. Kollektivə İcra Hakimiyyəti başçısının və Sabirabad Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim olunmuşdur. Sonda xatirə şəkili çəkdirilmişdir.