Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa ili” ilə əlaqədar Saatlı rayonunda mədəni-kütləvi tədbir keçirilmişdir.

26.05.2022

“Şuşa ili” ilə əlaqədar Saatlı rayonunda mədəni-kütləvi tədbir keçirilmişdir.

Tədbir Saatlı rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “İstirahət Parkı”nda keçirilmişdir. Açıq havada keçirilən tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Saatlı rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailə üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak etmişdir. İlk öncə Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin geniş sərgisi izlənilmişdir. Sərginin təqdimatı milli geyimdə olan mütəxəssislər tərəfindən aparılmışdır. Saatlı rayon İcra Hakimiyyətinin Başçısı Elmir Bağırov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və şəhid anası Vüsalə Tağıyeva tədbirdə çıxış etmişdir. Daha sonra tədbir bədii hissə ilə davam etmişdir. Bədii hissədə bir-birindən maraqlı rəqslər, kompozisiyalar və musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Sonda xatirə şəkili çəkdirilmişdir.