Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 may 2022-ci il tarixdə ”Şuşa İli” nə həsr olunmuş muğam festivalının region mərhələsi keçirilmişdir.

18.05.2022

Ölkəmizdə 2022-ci ilin “Şuşa İli” elan olunması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın çoxəsrlik mədəni, tarixi irsinin təbliğ olunması və qorunması, eyni zamanda xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədilə Şuşa rayonunun və digər bölgələrin uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirakı ilə muğam festivalı keçirilir. Festivalın I mərhələsinin regional mədəniyyət idarələri tərəfindən keçirilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar olaraq, 18 may 2022-ci il tarixdə Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyindəki uşaq musiqi məktəblərində hər iki yaş qrupunda xanəndəlik ixtisası üzrə təhsil alan şagirdlər arasında seçim aparılmışdır. Münsiflər Heyətinin verdikləri qiymətlərə əsasən hər iki yaş qrupu üzrə (I yer) qaliblər müəyyənləşdirilmişdir. Xanəndəlik ixtisası üzrə I yaş qrupunda Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi Aslanlı Yusif Qəşəm oğlu, II yaş qrupunda Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi Ağazadə Əli Rəmzi oğlu seçilmişdir. Region mərhələsi üzrə 1-ci yerlərin qalibləri II (Final) mərhələdə iştirak etmək hüququ qazanmışlar. Festivalın II (Final) mərhələsi Bakı şəhərində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçiriləcəkdir.