Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Görkəmli Azərbaycan şairi M.Ə.Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

11.05.2022

11 may 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Sabirabad rayon İcra Hakimiyyətinin və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi M.Ə.Sabirin 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir.

“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlanan konfrans Sabirabad rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad rayonunun şəhər mərkəzində yerləşən abidələri önünə gül dəstələri düzülmüşdür.

Konfransda AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, filialogiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Sabir fondunun təsisçisi və prezidenti Sevda Tahirli, digər elm xadimləri, yazıçı, şair və publisistlər, həmçinin rayon ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Konfransda Sabirin həyatı və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuş, onunla bağlı xatirələrdən söhbət açılmışdır.

Konfrans bitdikdən sonra görkəmli şairin Sabirabad rayonunda yaşayan qohumu Afət Tahirzadənin ailəsi ziyarət olunmuş, şairin bir zamanlar sabun bişirib satdığı tiyan ziyarətçilər tərəfindən böyük maraqla qarşılanmışdır.

Sonda xatirə şəkli çəkilmişdir.