Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

10 may 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir.

10.05.2022

Sabirabad rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 10 may 2022-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilmişdir.

Tədbirdə Sabirabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak etmişdir.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulamışdır.

Daha sonra Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova da çıxış edərək, Heydər Əliyevlə bağlı xatirələrini bölüşmüşdür.

Tədbirin davamında Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən Ulu Öndərə həsr olunmuş “Sənə min bir məhəbbət...” adlı videoçarx nümayiş olunmuşdur.

Tədbir Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin hazırladığı konsert proqramı ilə davam etmiş, məktəbin müəllim və şagirdləri tərəfindən bir-birindən rəngarəng musiqi nümunələri ifa olunmuş, müxtəlif şeirlər səsləndirilmişdir.