Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyətimizin beşiyi-Şuşa

01.05.2022

Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq, Hacıqabul rayon mədəniyyət müəssisələrinin “Tədbirlər planı”na əsasən Şuşa şəhərinin qədim tarixinə, mədəniyyətinə və incəsənətinə həsr olunmuş tədbirlər davam etməkdədir.Belə tədbirlərdən biri 30 aprel 2022-ci il tarixində Meyniman kənd tam orta məktəbinin və mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilmişdir.Meyniman kənd folklor evində keçirilən tədbirdə Hacıqabul rayon MKS-nin direktoru Dövran Həsənov, Mədəniyyət Mərkəzinin direktor əvəzi Fərqanə Cavadova, şəhid anaları, yaxın ərazidə yerləşən digər mədəniyyət müəssisələrinin işçiləri iştirak etmişdir.

Tədbirdə Meyniman kənd folklor evinin işçisi Şəhid Mehdi Şıxaliyevin anası Şəlalə Şıxaliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Tədbirin sonunda MKS-nin direktoru Dövran Həsənov iştirakçıları salamlamış, “Şuşa ili” ilə bağlı mədəniyyət ocaqlarında təşkil edilən silsilə tədbirlərin mahiyyəti haqqında məlumat verdi və bu tədbirlərin davamlı olmasını bildirdi.

Tədbir məktəblilərin ifasında vətənpərvərlik ruhda hazırlanmış nömrələr ilə davam etdirildi.

Sonda kənd məktəbinin bir qrup şagirdləri “Fəxri Fərman”larla təltif edildi.