Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində Mirzə Fətəli Axundzadənin “Dərviş Parisi partladır” əsəri tamaşaya qoyulmuşdur.

22.04.2022

Sabirabad Regional Mədəniyyət İdarəsinin kənd mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə “Mədəni kənd-mədəni mühit” layihəsi çərçivəsində Saatlı rayon Mədəniyyət Mərkəzinin Nəsimikənd kənd Folklor evi, Nəsimikənd kənd “Adıgün” Mədəniyyət evi və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Mirzə Fətəli Axundzadənin “Dərviş Parisi partladır” əsəri tamaşaya qoyulmuşdur. Əsər tamaşaçılar tərəfindən maraqla izlənilmişdir. Sabirabad Regional Mədəniyyət İdarəsinin “Mədəni kənd-mədəni mühit” layihəsi kənd ərazisində yaşayan insanların mədəni tələbatının ödənilməsi istiqamətində həyata keçirilən bir layihədir. Kənd əhalisinin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, kənd yerlərində mədəniyyət müəssisələrinin fəaliyyətinin stimullaşdırılması, kəndlərdə yaradıcı gənclərin aşkar olunması və tanıdılması missiyasını həyata keçirən layihə insanlar tərəfindən müsbət qarşılanır.