Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Saatlıda Gənclər Günü münasibətilə tədbir keçirildi

01.02.2018

      01 fevral 2018-ci il tarixində Saatlı rayon Gənclər Mərkəzində İcra Hakimiyyətinin təşəbbüsü,Gənclər və İdman İdarəsinin,Bülbül adına Uşaq Musiqi məktəbinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.Bir-birindən maraqlı musiqilər,şeirlər gənclər tərəfindən alqışlarla qarşılanmışdır.Fərqlənən gənclərə mükafatlar təqdim olunmuşdur.