Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadənin sədrliyi ilə onlayn iclas keçirilmişdir.

08.04.2022

08 aprel 2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadənin sədrliyi ilə onlayn iclas keçirilmişdir.

İdarə aparatı əməkdaşlarının və idarəyə tabe müəssisələrin rəhbərlərinin iştirak etdiyi iclasda çıxış edən idarə rəisi, idarənin fəaliyyəti, həyata keçirilən yeni layihələr haqqında məlumat vermiş, əmək intizamının gücləndirilməsinə diqqətin artırılmasından, qarşıda duran vəzifələrdən söhbət açmış, “Şuşa İli” ilə əlaqədar silsilə tədbirlərin keçirilməsinin, informasiya məkanında aktivliyin artırılmasının, yeni layihələrlə regionun mədəni mühitinin canlandırılmasının, keçirilən tədbirlərdə yeni yanaşma metodlarının tətbiq olunmasının, yaradıcı gənclərin dəstəklənməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Bundan əlavə, uşaq musiqi məktəblərində tədrisin keyfiyyətinin artırılması, şagirdlərin məktəbin daxili nizam-intizam qaydalarına riayət etmələrinin, həmçinin dərsə davamiyyətin, müəllimlər tərəfindən tədris planlarının yerinə yetirilməsinin, şagirdlərin dərs proqramlarının tələbləri səviyyəsində bilik almalarının nəzarətdə saxlanılması xüsusilə vurğulanmışdır.

Daha sonra idarə rəisi Azərbaycan Respublikası mədəniyyət nazirinin müvafiq əmri ilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini vəzifəsinə təyin olunan Telman Əzimovu kollektivə təqdim etmiş və ona fəaliyyətində uğurlar arzulamışdır.

İclas iştirakçıların qarşılıqlı fikir mübadiləsindən sonra yekunlaşmışdır.