Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şirvan şəhər və Hacıqabul rayon Komitələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təqaüddə olan bir qrup mədəniyyət işçisi ziyarət olunmuşdur.

16.03.2022

16 mart 2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şirvan şəhər və Hacıqabul rayon Komitələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təqaüddə olan bir qrup mədəniyyət işçisi ziyarət olunmuşdur.

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə uzun müddət Şirvan şəhər Folklor evinin direktoru işləmiş Mehriban Əliyevanın, Hacıqabul rayon Muğan qəsəbə klubunun müdiri vəzifəsində işləmiş Sabir Bağırovun və Hacıqabul şəhər 24 saylı kitabxana filialının müdiri vəzifəsində işləmiş Ağaxanım Nəzərovanın ailələrində olaraq bayram təbriklərini bildirmiş, onlara bayram sovqatı təqdim edilmişdir.