Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayon İcra Hakimyyətinin təşəbbüsü, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə Novruz şənliyi keçirilib.

16.03.2022

Tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabirabad rayon İcra Hakimyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov və Təhsil Nazirliyinin Azad Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov çıxış edərək, əziz bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar.

Daha sonra hərbçilərə bayram sovqatı təqdim olunub.

Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.