Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14 mart 2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sabirabad və Saatlı rayon Komitələrinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə təqaüddə olan bir qrup mədəniyyət işçisi ziyarət olunmuşdur.

14.03.2022

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə uzun müddət Sabirabad rayon Əsədli kənd klubunun müdiri vəzifəsində çalışmış Lətif Məhərrəmovun, Sabirabad rayon Mərkəzi kitabxanasının sabiq əməkdaşı Svetlana Hüseynovanın, həmçinin Saatlı rayon Qıraqlı kənd kitabxana filialının müdiri işləmiş Ehtiram Mirzəyevin və Qıraqlı kənd mədəniyyət evinin mədəni təşkilatçısı işləmiş Mirfazil Həşimovun ailələrində olaraq bayram təbriklərini bildirmiş, onlara bayram sovqatı təqdim edilmişdir.