Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli Teatr Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə İdarənin əhatə etdiyi regionda teatr sahəsi üzrə fəaliyyət göstərən bir qrup yaradıcı şəxslərlə görüş keçirmişdir.

10.03.2022

10 Mart – Milli Teatr Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə İdarənin əhatə etdiyi regionda teatr sahəsi üzrə fəaliyyət göstərən bir qrup yaradıcı şəxslərlə görüş keçirmişdir.

Tədbirdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən A.İsgəndərov adına Xalq Teatrının və Şirvan şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən həvəskar teatrın üzvləri iştirak etmişdir.

İlk öncə hər iki teatrın fəaliyyətini özündə əks etdirən videoçarx iştirakçılara nümayiş etdirilmişdir.

Daha sonra region rəisi çıxış edərək, teatr üzvlərini təbrik etmiş, onlara yaradıcı fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, regionda teatr sənətinin inkişaf prespektivləri, potensial imkanları və problemləri barədə söhbət açılmışdır.

Sonda hər iki teatrın üzvləri 10 Mart – Milli Teatr Günü münasibətilə Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları ilə təltif edilmişdir.