Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatının hesabat – seçki yığıncağı keçirilmişdir.

09.03.2022

09 mart 2022-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatının hesabat – seçki yığıncağı keçirilmişdir.

İclasda Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Sabirabad Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatı üzrə Yeni Azərbaycan Partiyasının bir qism üzvləri iştirak etmişdir.

Yeni Azərbaycan Partiyasının üzvləri Telman Əzimov və Aynur Rəhimova iclasda çıxış edərək, Sabirabad Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatının fəaliyyəti və həyata keçirdikləri işlər haqqında ətraflı məlumat vermişlər.

Daha sonra hesabat – seçki yığıncağının gündəliyində duran ərazi partiya təşkilatına sədr və sədr müavini seçilməsi ilə bağlı məsələ səsə qoyulmuş, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə Sabirabad Regional Mədəniyyət İdarəsinin ərazi partiya təşkilatının sədri, Sabirabad Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Telman Əzimov isə ərazi partiya təşkilatının sədr müavini seçilmişdir.

Sonda Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul edilmiş mədəniyyət işçilərinə üzvlük biletləri təqdim olunmuşdur.