Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

31 yanvar 2018-ci il tarixdə Sabirabad rayon MKS-ninM.Ə. Sabir adına Mərkəzi kitabxanasında dahi bəstəkar Elza İbrahimovanın 80-illik yubleyi ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, rayon umumtəhsil məktəbin pedaqoji işçiləri, musiqi məktəbinin işçiləri, fəal oxucular iştirak etmişlər. Xalq artisti Elza İbrahimovanın anadan olmasının 80 illiyinə həsr edilmiş “Unudulmaz Bəstəkar” adlı tədbiri Sabirabad MKS-nin direktoru Eldar Urufov açaraq, dahi bəstəkarın həyat və yaradıcılıgından, tədbirin keçirilməsinin əhəmiyyətindən, gənc nəsilin mənəvi tərbiyəsində rolundan geniş şəkildə danışdı. Tədbir iştirakçılarından N.Gözəlova sənətkarın çox cəhətli fəaliyyəti haqqında məlumat verdi. Sonra Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçiləri A.İsmayılova , T.Əzimov çıxış edərək qeyd etdilərki bütün mədəniyyət müəsissələri bu sərəncamı müntəzəm şəkildə icra etməlidirlər. Azərbaycan musiqisinin, incəsənətinin , ədəbiyyatın mənəvi xəzinəsini ictimayyətə çatdırılmasınada biz mədəniyyət işçilərinin üzərinə çox böyuk məsuliyyət düşür. Tədbirin digər iştirakçılarıdan Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova Dahi bəstəkarın həyatının və yaradıclıgından danışdı. Tədbirdə Elza İbrahimovanın həyat və yaradıcılıgından ibarət hazırlanmış qısa film və bəstəkarın musiqiləri tədbir iştirakçıları tərəfindən çox yüksək zövqlə dinlənilmiş və sonda bəstəkarın şəkili önündə xatirə şəkili çəkilmişdir. Sabirabad MKS-in tədbirlər planına uygun olaraq silsilə tədbirləril boyu rayon mərkəzi kitabxanası, şəhər və kənd kitabxana filiallarında keçirilməsi müntəzəm olaraq davam etdiriləcək.

31.01.2018