Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə mədəniyyət könüllüləri ilə görüş keçirmişdir.

03.12.2021

Beynəlxalq Könüllülər Günü münasibətilə 03 dekabr 2021-ci il tarixində Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə mədəniyyət könüllüləri ilə görüş keçirmişdir.

            Görüşdə çıxış edən idarə rəisi könüllülük fəaliyyətinin əhəmiyyətindən söz açmış, ölkədə mötəbər tədbirlərin keçirilməsində könüllülərin aparıcı qüvvə olduqlarını bildirmişdir. 

            Daha sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin mədəniyyət könüllülərinin fəaliyyətini özündə əks etdirən videoslayd iştirakçılara nümayiş olunmuşdur.

            Sonda Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunan tədbirlərdə göstərdikləri könüllülük fəaliyyətinə görə və 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə mədəniyyət könüllüləri Fəxri Fərmanla təltif olunmuşdur.