Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“XƏMSƏ YOLU” LAYIHƏSINƏ SABİRABADDAN BAŞLANILDI

20.12.2021

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamının icrasına uyğun olaraq Kürdəmir, Sabirabad, İsmayıllı, Şəki və Gəncə Regional Mədəniyyət İdarələrinin təşkilatçılığı ilə həyata keçirilən “Xəmsə yolu” layihəsinin icrasına Sabirabaddan başlanıldı.

Sabirabad rayon Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdə Nizami Gəncəvinin əsərlərindən səhnələşdirilmiş hissələr tamaşaçılara təqdim olundu.

Tədbir tamaşaçılar tərəfindən maraqla qarşılandı.