Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Şuşa! Sən azadsan!” filminin nümayişi keçirildi.

26.11.2021

26 noyabr 2021-ci il tarixdə  Sabirabad Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon mədəniyyət mərkəzində “Şuşa! Sən azadsan!” filminin  nümayişi keçirildi.
         Tədbirdə torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev, Sabirabad rayonu üzrə Vətən Müharibəsi Veteranları   Birliyi Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov  və  “Azərbaycan Bayrağı” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş polkovnik–leytenant Məmmədbağır Eyyubov çıxış edərək vətən müharibəsində qazanılmış uğurlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
                 Sonda  “Şuşa! Sən azadsan!” filmi nümayiş etdirildi.