Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfər” musiqi festivalı yekunlaşıb

05.11.2021

“Zəfər” musiqi festivalı yekunlaşıb

Ağdaş, İsmayıllı, Şəmkir, Sabirabad Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qələbənin əldə edilməsi, regionlar üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətləri və xanəndəliyin təbliği, istedadlı uşaqların aşkara çıxarılması və dəstəklənməsi məqsədi ilə xalqı çalğı alətləri ifaçıları və xanəndəlik ixtisası üzrə "Zəfər" adlı musiqi festivalı keçirilib. Festivalın birinci turu 11-15 oktyabr 2021-ci tarixlərində Ağdaş, İsmayıllı, Şəmkir, Sabirabad Regionlarında, ikinci turu isə 21-22 oktyabr 2021-ci il tarixlərində Ağdaş Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhər Habil Əliyev adına uşaq musiqi məktəbində baş tutub.

Festivalda 2 (iki) yaş qrupunda (I qrup 9-12, II qrup 13-15) tar, kamança, qarmon, nağara və xanəndəlik ixtisasları üzrə Ağdaş, İsmayıllı, Şəmkir, Sabirabad Regional Mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərindən 90-a yaxın şagird iştirak edib.

Cari ilin 04 noyabr tarixində Şamaxı şəhər Mədəniyyət Mərkəzində “Zəfər” musiqi festivalının qaliblərinin iştirakı ilə yekun qala konserti keçirilmişdir.

I qrup üzrə

I yer

1.Ağazadə Əli Rəmzi oğlu – Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi (xanəndəlik)

2.Əliyeva Zəhra Elməddin qızı – Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdi(kamança)

3.Həsənov Mirnofəl Turab oğlu – Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (tar)

II yer

1.İbişov Rəmzi Səbuhi oğlu – Ağsu şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (tar)

2.Eynalov İlham Kərimxan oğlu – Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdi (nağara)

3.Həsənova Nurgün Turab qızı – Şəmkir şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (kamança)

4.Əhmədov Həsən Ruslan oğlu – Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (tar)

5.Səfərov Babək Səfər oğlu – Ucar şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (tar)

6.Novruzlu Nuran Nərbala oğlu – Ucar şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (xanəndəlik)

III yer

1.Alcanlı Elgün Elburus oğlu – Qobustan rayon Təklə kənd Uşaq Musiqi Məktəbinin şagirdi (qarmon)

2.Garayev İmran Elvin oğlu – Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdi (nağara)

3.Allahverdiyeva Sənəm Vüsal qızı – Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin şagirdi (kamança)

Fəxri fərman

1.Qaçaylı Baldan Əli oğlu – Ağsu şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (tar)

2.Quliyev Qulu Qulu oğlu – Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (qarmon)

3.Niftalıyev Ümüd Taleh oğlu – Qəbələ şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (nağara)

4.Babazadə Nəzrin Mirceyhun qızı – Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin şagirdi (kamança)

5.İsmayılov Əhəd Sevindik oğlu – Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin şagirdi (kamança)

6.Həsənov Mehdi Mais oğlu – Ucar şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (xanəndəlik)

II qrup üzrə

I yer

1.Xəlilov Ayxan İlkin oğlu – Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdi(qarmon)

2.Məmmədzadə Dilqəm Natiq oğlu – Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagirdi (nağara)

II yer

1.Zərbəliyev Eldar Elman oğlu – Qobustan şəhər Rəşid Behbudov adına Uşaq İncəsənət Məktəbinin şagirdi (nağara)

2.Əliyev Vasif Namiq oğlu – Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin şagirdi (xanəndəlik)

3.Cəlilov Tacir Elnur oğlu – Göygöl şəhər Xaqani kənd Uşaq Musiqi Məktəbinin şagirdi (qarmon)

4.Ağayev Zeynalabdin Natiq oğlu – Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi (xanəndəlik)

5.Orucov Vüsal İlqar oğlu – Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (tar)

6.Qardaşzadə Vüqar İlqar oğlu – Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (qarmon)

III yer

1.Yusifli Şəbnəm Süleyman qızı – Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi (kamança)

2.Tarverdizadə Fatimə Zamir qızı – Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzininşagirdi (xanəndəlik)

3.Nadirli Elmir Mübariz oğlu – Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi (qarmon)

4.İsmayılov İsmayıl Güloğlan oğlu – Ucar şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (qarmon)

5.Hüseynov Əli Natiq oğlu – Göygöl şəhər Xaqani kənd Uşaq Musiqi Məktəbinin şagirdi (xanəndəlik)

6.Ələkbərov Sərxan Taleh oğlu – Gədəbəy Aşıq Məktəbinin şagirdi (nağara)

7.Qurbanova Rahilə Arzu qızı – Gədəbəy rayon Slavyanka kənd Uşaq Musiqi Məktəbinin şagirdi (xanəndəlik)

8.Muradov Əlvan Dəyanət oğlu – Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (tar)

9.Eminov Hacıəli Ramiz oğlu – Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi (qarmon)