Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərdən ilhamlanan incəsənət” adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi təşkil olundu

08.11.2021

8 noyabr 2021-ci il tarixdə Şirvan Dövlət Rəsm Qalereyasının Vətən müharibəsinin birinci ildönümü münasibətilə elan etdiyi "Zərərdən ilhamlanan incəsənət" adlı yaradıcılıq müsabiqəsinin yekun sərgisi təşkil olundu.Şirvan şəhər Mədəniyyət mərkəzinin həyətində ümumşəhər tədbirində təşkil olunan sərgi Şirvan şəhər Icra Hakimiyyətinin ,Heydər Əliyev Mərkəzinin və Şirvan Dövlət Rəsm qalereyasının birgə təşkilatçılığı ilə gerçəkləşdi.Sərgidə Şirvan şəhərindən,Saatlı ,Salyan ,Sabirabad rayonlarından olan həvəskar uşaq və yeniyetmələrin 30-a yaxın müsabiqə üçün işlənmiş yeni rəsm və əl işi nümayiş olunurdu.Sərgiyə Şirvan şəhər Icra Hakimiyyətinin başçısı İlqar Abbasov,Şura üzvləri,şəhid anaları və şəhər ictimaiyyəti tamaşa etdi.