Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan Dövlət Rəsm Qalereyasının əməkdaşları təbliğat məqsədi ilə vaxtaşırı olaraq, təsviri incəsənətin müxtəlif növləri və janrları haqqında mühazirə və məruzələrlə idarələrin, müəssisələrin, təşkilatların kollektivləri qarşısında çıxış edirlər. Bu qəbildən növbəti tədbir Şirvan şəhər Peşə Liseyində təşkil edilmişdir. Qalereyanın əməkdaşı Pərvin Mustafazadə şəhərdəki Peşə Liseyinin şagirdləri qarşısında təsviri incəsənətin batal janrı haqqında mühazirə oxumuşdur. Mühazirəçi şagirdlərin mövzu ilə bağlı suallarına da cavab vermişdir.

26.01.2018