Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Tarix-Diyarşünaslıq Muzeyində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Tariximizin şanlı səhifəsi” adlı tarix dərsi təşkil olunmuşdur. Dərsdə 18 nömrəli məktəb-liseyin və 20 nömrəli tam orta məktəbin şagirdləri iştirak etmişlər. Tarix dərsi internet vasitəsilə canlı yayımlanmışdır. Şagirdlər “20 Yanvar. 1990– 2018” adlı sərgi ilə də tanış olmuşlar. Dərsdən sonra iştirakçılar 9 nömrəli tam orta məktəbin şagirdlərinin 20 Yanvar mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər

19.01.2018