Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bağça uşaqlarının “Şəhidlər xiyabanı”na ziyarəti

19.01.2018

Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Aran” klubu tərəfindən “Bənövşə” körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların Şirvandakı “Şəhidlər

xiyabanı” na ziyarəti təşkil olunmuşdur. Ziyarət zamanı uşaqlara azərbaycan xalqının azadlıq mübarizəsi, bu mübarizənin qarşısını almaq məqsədilə sovet qoşunlarının iyirmi səkkiz il əvvəl Bakıda törətdikləri qırğın, erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş şirvanlılar haqqında məlumat verilmişdir.