Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Sabirabad rayonu Nizami kənd mədəniyyət evi, Nizami kənd icra nümayəndəliyi, və kənd fəalları ilə birlikdə 20 yanvar facisənin 28ci il dönümü ilə əlaqədar tədbir təşkil edildi. Tədbir Nizami kənd mədəniyyət evinin qarşısında keçirildi. Tədbir iştirakçıları qanlı yanvar facisənin qurbanlarını yad edərək bir dəqiqəlik sükut elan etdilər. Daha sonra mədəniyyət evinin müdiri çıxış edərək qeyd etdi ki, 1990-cı il yanvarın 20-də gecə saat 00:00-da bakı şəhərində fövqəladə vəziyyət tətbiq edildi və şəhərə hərbi qüvvələr gətirildi. SSRİ-nin müdafiə naziri D. Yazovun başçılığı ilə 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusu Bakıya hücum edərək “qanlı yanvar” faciəsini törətdi. Bu hücum nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı. Bir daha faciə qurbanlarına Allahdan rəhmət diləyirik. İstər Bakıda törədilən bu faciə istərsə də Qarabağda törədilən soyqrımlar Azərbaycan xalqının mübarizə əzmini qırmadı. Xalqımız öz azadlığı uğrunda hər zaman ölümə belə getməyə hazır olduğunu göstərmişdir. Tezliklə Qarabağımızı azad edərək qəhrəmanlıq tariximizə yeni bir səhifə əlavə edəcəyimizə inanırıq.

19.01.2018