Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Qarabağ” klubu tərəfindən 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Tədbirin aparıcısı, “Qarabağ” klubunun mədəni təşkilatçısı Leyla Ələkbərova 20 Yanvar faciəsi haqqında ətraflı məlumat vermişdir. Şirvan şəhər Peşə Liseyinin şagirdləri Zərifə Ələkbərova, Məhəmməd Gülmalıyev 20 Yanvar mövzusunda yazılmış şeirlər söyləmişlər. Rollarda “Qarabağ” klubunun müdiri Adilə Qəhrəmanova, peşə liseyinin şagirdləri İlham Azayev və Murad Məlikovun oynadığı 20 Yanvar hadisələrindən bəhs edən kiçik bir tamaşa təqdim olunmuşdur. Şirvan şəhər Uşaq Musiqi Məktəbin müəllimi İrşad İbişovun ifasında “Qarabağ” şikəstəsi, həmçinin vətənpərvərlik mövzusunda mahnılar səslənmişdir.

19.01.2018