Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Mədəniyət Mərkəzinin “Energetik” klubu 21 saylı tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir təşkil etmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gecənin aparıcıları Nigar Həzrətquliyeva və Elnur Səmədov iyirmi səkkiz il əvvəl Bakıda və Azərbaycanın bəzi rayonlarında sovet qoşunları tərəfindən törədilmiş qırğın haqqında ətraflı məlumat vermişlər. Məktəbin VII “a” sinif şagidləri Hikmət Fərzəliyev, Fatimə Süleymanlı və Vüsalə Ağamalıyeva 20 Yanvar şəhidləri İlham və Fərizənin ölüm səhnəsini canlandırmışlar. Validə Fərəcli, Elnur Səmədzadə, Gülşən Muradova, Vüsal Cəfərov 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər söyləmişlər. 20 Yanvar faciəsini əks etdirən slaydlar təqdim olunmuşdur.

19.01.2018