Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Folklor evində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Şirvan” Folklor evinin direktoru Mehriban Əliyevanın məruzəsi dinlənilmişdir. Tədbir iştirakçıları Ceyhun Mərzəyevin “Fəryad” filminə baxmışlar.

19.01.2018