Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvan şəhər Mədəniyyət Mərkəzinin Diyarşünaslıq klubu tərəfindən 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Giriş sözü ilə çıxış edən tarix müəllimi Gülarə Axundova 1990-cı ilin 20 yanvarında sovet qoşunları tərəfindən Bakıda törədilmiş faciə haqqında ətraflı məlumat vermişdir. Mehran Əhməd qızının məruzəsi, qanlı yanvar hadisələrinin şahidi Almaz Mirzəyevanın çıxışı dinlənilmişdir. Gənc şair Nahidə Elman 20 Yanvar şəhidlərinə həsr etdiyi şeiri oxumuşdur. Anım mərasimi “Şəhidlər” rekviyem-mahnısı ilə sona yetmişdir.

19.01.2018