Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əhmədabad kənd Folklor evində 20 Yanvar 1990- cı il hadisələrinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.Tədbirdə çıxış edən Folklor evinin direktoru V.Dişadze qeyd edib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir.Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Tədbirdə çıxış edənlər belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışıb.Vətənpərvərliyin təbliği baxımından bu cür tədbirlər davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq,şagirdləri vətənpərvərliyə səsləyiblər. Tədbirin bədii hissəsində məktəb şagirdləri Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə həsr olunmuş guşənin qarşısında şerlər,bayatılar və mübarizliyə çağıran müxtəlif şüarlar səsləndirilib,ədəbi-bədii kompozisiya nümayiş etdirilib

19.01.2018