Mil-Muğan Regional Mədəniyyət İdarəsi

İqtisadiyyat

Saatlı

Ümumi məhsul istehsalı barədə

M ə l u m a t

  2013-cü ildə (min manat) 2012-ci ilə nisbəti, faizlə
Ümumi məhsul buraxılışı 211209.1 101.1
Sənaye məhsulunun (işlərinxidmətlərin) ümumi həcmi 12689.3 86.7
Əsas kapitala yönəldilənInvestisiyalar 47013.7 83.1
Kənd təsərrüfatının ümumi məhsulu 109740.5 107.5
Poçt və rabitə xidmətlərininhəcmi 289.6 112.5
Nəqliyyat 1910.8 103.3
Ticarət 41474.2 107.0


Rayon iqtisadiyyatının əsas sahələrindən birini kənd təsərrüfatı təşkil edir. 2013-cü ildə istehsal edilmiş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 109740.5 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 7662.1 min manat və ya 7.5 faiz çoxdur. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının yalnız 0.1 faizi dövlət sektorunun payına düşür. İstehsal olunmuş kənd təsərrüfat məhsullarının 68385.9 min manat və ya 62.3 faizi bitkiçilik məhsullarının, 41354.6 min manatı və ya 37.7 faizi heyvandarlıq məhsullarının payına düşür. Bitkiçilik: 2013-cü ildə rayon üzrə 25065 hektar dənli və dənli paxlalı bitkilər (buğda, arpa, lobya, noxud) biçilib döyülmüş və həmin sahədən ilkin çəkidə 103213 ton məhsul toplanmışdır ki, bu da hər hektardan orta hesabla 41.2 sentner məhsul deməkdir. Ötən ilin müvafiq dövrü ilə müqayisə etdikdə 10168.7 ton və ya hər hektardan 3.7 sentner çox məhsul toplanmışdır. İstehsal olunan məhsulun 97533.4 tonu və ya 94.5 faizi əhali əhali təsərrüfatlarının payına düşür.

 

Məhsulun adı 2013-cü ildə 2012-ci ildə 2012-ci ilin 2011-ci ilə nisbətən fərqi + , -
Əkin sahə ha. Məhsul ton 1-hektar məhsul sent Əkin sahə ha. Məhsul ton 1-hektar məhsul sent Əkin sahə ha. Məhsul ton 1-hektar məhsul sent
Taxıl 23902 95676 40.0 23737 86198.3 36.3 +165 +9477.7 +3.7
Dən üçün qarğıdalı 1066 6955 65.2 952 5994 63.0 +114 +961 +2.2
Kartof 540 13538.1 250.7 574 10958 190.9 -34 +2580.1 +59.8
Tərəvəz 975 18240 187.1 1128 15429.7 136.8 -153 +2810.3 +50.3
Bostan 2263 70098 309.7 2261 68965.5 305.0 +2.0 +1132.5 +4.7
Günəbaxan 76 214 28.2 159 442 27.8 -83 -228 +0.4
Paxlalılar 97 582 60 148 852.0 57.6 -51 -270 +2.4
Meyvə - 10145 - - 10143 - - +2.0 -
Üzüm - 1995 - - 1771 - - +224.0 -
Pambıq 4257 8795 20.6 4503 10302 22.9 -246 -1520.6 -2.3
Şəkər çuğunduru 96 3350.4 349.0 44 1511.5 343.5 +52 +1838.9 +5.5
Quru ot (yonca) 16426 101594 61.8 16244 99805.3 61.4 +182 +1788.7 0.4

 Heyvandarlıq: Rayon üzrə heyvandarlıq sahəsində də xeyli artım olmuşdur. 01.01.2014-cü ilə bütün təsərrüfat kateqoriyaları üzrə iri buynuzlu mal qaranın baş sayı 66676 baş, o cümlədən ana inək və camışların sayı 31569 baş, qoyun və keçilərin baş sayı 101873 baş, quşlar 276507 baş, atlar 1951 baş olmuşdur. İl ərzində heyvandarlıq sahəsində 24 kəndli fermer təsərrüfatı, 1 dövlət müəssisəsi fəaliyyət göstərib.

 

Göstəricilər 2013-cü ildə ( baş ) 2012-ci ildə ( baş ) 2013-cü ilin 2012-ci ilə nisbətən fərqi + , - ( baş )
İri buynuzlu mal qara 66676 66650 +26
o cümlədən ana inək və camış 31569 31524 +45
Qoyun və keçi 101873 100629 +1244
Quşlar 276507 266570 +9937
Atlar 1951 1944 +7

 2013-cü ilin yekunları üzrə əhali təsərrüfatlarında aparılmış müayinələrin nəticələrinə əsasən ət istehsalı ( diri çəkidə ) 7100 ton, süd istehsalı 37891 ton, yun istehsalı 151.5 ton, yumurta istehsalı 6230 min ədəd olmuşdur.

 

Məhsulun adı 2013-cü ildə 2012-ci ildə 2013-cü ilin 2012-ci ilə nisbətən fərqi + , - ( baş )
Ət (diri çəkidə) ton 7100 7089 +11
Süd 37891 37304 +587
Yun 151.5 151.2 +0.3
Yumurta (min ədədlə) 6230 6109 +121

 Sənaye 2013-cü ildə rayonda 14 sənaye müəssisəsi və fiziki şəxslər tərəfindən 12689.3 min manatlıq sənaye məhsulları istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsalın 84.1 faizi sənaye malları, 15.9 faizi isə sənaye xarakterli xidmətlərdən ibarət olmuşdur. İstehsal olunan sənaye məhsulu və xidmətlərin 64.3 faizi emal sənayesinin, 14.5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı bölüşdürülməsi bölməsinin, 21.2 faizi isə digər bölmələrin payına düşür. Ümumi istehsalda özəl sektor 84.1 faiz, dövlət sektoru isə 15.9 faiz təşkil etmişdir.

 

Göstəricilər Ölçü vahidi 2013-cü ildə 2012-ci ildə Keçən ilin müvafiq dövrünə nisbətən Faizlə
Mahlıc Ton 2856.9 6115.7 46.7
Çiyid -«- 3768.8 8150.7 46.2
Lint, tiftik -«- 89.5 291.7 30.7
Ulyuk -«- 18.4 64.1 28.7
Meyvə şirəsi Min litr - 1.6 -
Üzlük piltə Kv.m 85.6 121.2 70.6
Biyan turşusu Ton 206.0 48.0 4.3 d
Biyan tableti Ton 305.2 1338.1 22.8

 Pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ildə rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 128802.0 min manat olmuşdur ki, bunun da 3805 min manat və ya 3.0 faizi hüquqi şəxslərin, 124997.0 min manat və ya 97.0 faizi isə fiziki şəxslərin payına düşür. Pərakəndə ticarət dövriyyəsinin həcmini keçən ilin müvafiq dövrü ilə müqayisə etdikdə 6485 min manat və ya 5.3 faiz artmışdır. Ümumi pərakəndə ticarət dövriyyəsinin həcmindən 72106 min manat və yaxud 55.9 faizi ərzaq mallarının, 56696 min manat və yaxud 44.1 faizi qeyri-ərzaq mallarının payına düşür. Hesabat dövrünün sonuna pərakəndə ticarət şəbəkələrində əmtəə qalığı 4080 min manat olmuşdur. 2013-cü ildə rayon üzrə iaşə dövriyyəsinin həcmi 4433 min manat olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 129 min manat və ya 3.0 faiz çoxdur.

 

Göstəricilər 2013-cü ildə Pərakəndə ticarət dövriyyəsi cəmi min manat O cümlədən 01.01.2014-cü Il tarixə mal qalığı min.manat
Ərzaq Qeyri-ərzaq
Rayon üzrə cəmi 128802 72106 56696 4080
O cümlədən Hüquqi şəxslər üzrə 3805 340 3465 210
Fiziki şəxslər üzrə 124997 7176 53231 3870
Ondan Bazar və yarmakalar üzrə 68748 40906 27842 1672
Digər fiziki şəxslər 56249 30860 25389 2198

 Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2013-cü ildə rayon üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 23767 min manat olmuşdur ki, bunun da 4986 min manatı hüquqi şəxslər üzrə, 18781 min manatı isə fiziki şəxslərin payına düşür. Əhaliyə göstərilən pullu xidmətin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1451 min manat və ya 6.5 faiz armışdır.

 

Göstəricilər 2013-cü ildə min. manat o cümlədən məişət xidməti
Pullu xidmətlərin ümumi həcmi 23767 3240
O cümlədən Hüquqi şəxslər üzrə 4986 14.0
Fiziki şəxslər üzrə 18781 3226