14.07.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzdə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra dəyirmi masada çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Ulu Öndər Heydər Əliyevin hər iki hakimiyyət dövründə Azərbaycanı çətinliklərdən çıxardığını, milli ruhun, mədəniyyətin və cəmiyyətin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Qazanılan bütün uğurların Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər – YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ayşən Astanova və MKS-nin şöbə müdiri Zərifə Kərimova Ulu Öndərin müdrik siyasətindən və bu siyasətin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd ediblər.