15.09.2025
15 Sentyabr – Bilik Günü münasibətilə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və İdarənin əməkdaşları, müəllimlər, valideynlər, məktəblilər, mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər müəllim və şagird kollektivlərini yeni dərs ilinin başlanması münasibətilə təbrik ediblər. Onlar vurğulayıblar ki, gənc istedadların aşkar olunması, onların musiqi və incəsənət sahəsində peşəkar inkişafı dövlətin mədəniyyət siyasətinin prioritet istiqamətlərindəndir.
Yeni dərs ilinə ilk zəngin çalınması ilə başlanılıb, daha sonra “Konstitusiya və Suverenlik İli”nə və dövlət rəmzlərinin tanıdılmasına həsr olunmuş dərs prosesinə baxış keçirilib.
Tədbirin bədii hissəsində şagirdlər musiqi nömrələri ilə çıxış edib, yeni dərs ilinə yaradıcı əhval-ruhiyyə ilə qədəm qoyublar.