Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Sabirabad Kitab Klubunun hesabat tədbiri keçirilib

09.09.2024

Sabirabad rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon MKS-nin direktoru Eldar Urufov, mədəniyyət işçiləri, Sabirabad Kitab Klubunun İdarə Heyətinin üzvləri iştirak ediblər.

Təqdimatdan öncə Sabirabad rayon MKS-nin direktoru Eldar Urufov çıxış edərək iştirakçılara Klub barəsində məlumat verərək Klubun fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

Daha sonra Klubun İdarə Heyətinin üzvləri klubun fəaliyyətinin ilk ili üzrə həyata keçirilmiş tədbirlər barəsində məlumat veriblər. Fəaliyyət çərçivəsində hər ay keçirilən müzakirə görüşləri, "Erudikon" İntellektual Oyunu, hekayə müsabiqəsi kimi tədbirlərdən bəhs olunub.

Fəaliyyət ili barəsində məlumat verildikdən sonra Klubun növbəti il üçün prespektiv və planlardan bəhs olunub. Daha sonra İdarə Heyətinin yeni tərkibi tədbir iştirakçılarına təqdim edilib.

İdarə Heyətinin çıxışından sonra isə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı Klub barəsində müsbət fikirlərini bölüşərək Klubun fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı təkliflərini bildirib.

Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam edib.