14.03.2025
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayon Mədəniyyət Mərkəzinin, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan rayon Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə narkomaniya ilə mübarizə tədbirləri çərçivəsində “Narkomaniyanın fiziki-mənəvi və sosial fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib.
Dövlət himninin səsləndirilməsi və qəhrəman şəhid övladlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbir, narkomaniyanın insan sağlamlığına vurduğu fəsadları özündə əks etdirən videoçarxın nümayişi ilə davam etdirilib.
Tədbirdə çıxış edənlər qlobal problem olan narkomaniyanın cəmiyyətdəki sosial psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsirləri, insan sağlamlığına vurduğu sağalmaz fəsadlar, narkomanlığın insanı ruhi cəhətlə yanaşı fiziki cəhətdən də şikəst etməsi və digər zərərləri barədə fikirlərini bildirib və bu bəladan qorunmağın yolları barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.