
Mil-Muğan Regional Mədəniyyət İdarəsi
Xəbərlər
YENİLİK! Sabirabad mədəniyyət müəssisələri artıq iticket.az - da!
09.07.2025
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin 3D kino zalı, Sabirabad rayon Mədəniyyət Mərkəzi və Sabirabad Tarix-Diyarşünaslıq Muzeyi ölkədə ilk dəfə olaraq region səviyyəsində iTicket.az onlayn bilet satış platformasına inteqrasiya olundu!
Bu addım:
- Mədəniyyət sahəsində rəqəmsallaşmanın güclənməsinə
- Şəffaf bilet satışını təmin edilməsinə
- Büdcədənkənar gəlirlərin artmasına
- Təşkilati keyfiyyətin yüksəldilməsinə
- Tamaşaçı məlumatlarının səmərəli idarə olunması məqsədlərinə xidmət edir.
Artıq tədbirlərə bilet almaq daha asan və rahatdır — bir kliklə iTicket.az - da!