Sabirabad Regional Mədəniyyət İdarəsi

Xəbərlər

“Qarabağdan namə” hər kəsin marağına səbəb olub.

07.12.2022

6 dekabr 2022-ci il tarixində Şirvan şəhər Mədəniyyət Mərkəzində İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında hazırlanmış “Qarabağdan namə” adlı tamaşa nümayiş olunub.

Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, İdarənin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov, Şirvan şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Tamaşa geniş auditoriya kütləsi tərəfindən maraqla qarşılanıb.

Tamaşanın təqdimatından sonra İdarə rəisi Fərid Qurbanzadə çıxış edərək, Qarabağın tarixinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğulamış, şanlı tariximizin təbliğ olunmasında, gənc nəslin vətənpərvər ruhda yetişməsində mədəniyyət müəssisələrinin əhəmiyyətli rolundan söz açıb.

Daha sonra tamaşada rol alan Vəkil Həsənov 45 illik səhnə fəaliyyəti və regionda teatr sənətinin inkişafına verdiyi dəyərli töhfələrə görə Sabirabad Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.

Qeyd edək ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Elşən İsmayıldır.