Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

”Hophopnamə” Kitab Mərkəzində intellektual yarış keçirilib

28.04.2024

"Erudikon" adlı intellektual yarış Sabirabad rayon Mərkəzi Kitabxanasının nəzdində fəaliyyət göstərən Sabirabad Kitab Klubu və "Hophopnamə" Kitab Mərkəzinin birgə təşkilatçılığı baş tutub.

Həm Sabirabad rayonundan, həm də digər bölgələrdən bir çox komandanın iştirak etdiyi yarışda əvvəlcə seçim turu keçirilib.

Seçim turundan öncə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Eldar Urufov bütün komandalara uğurlar arzulayıblar.

Daha sonra yarışda iştirak edən 20-dən çox komanda arasından seçim edilərək 17 komanda ilə əsas oyuna keçid olunub.

Oyun hər biri fərqli formatda olan 6 turdan ibarət olmaqla dinamik, əyləncəli və rəqabətlə keçib.

Yarışın final turunda "Maestros" komandası qalib gələrək birinci yerə layiq görülüb. İlk 3 yerə çıxan komandalar müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıb.

Daha sonra iştirakçılar yarış haqqında öz müsbət fikirlərini bölüşərək, belə yarışların mütəmadi təşkil olunmasını arzuladıqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkdirilib.