Mil-Muğan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Saatlı rayonunda Novruz bayramı tədbiri keçirilib.

18.03.2024

Saatlı rayon Heydər Əliyev Meydanında keçirilən tədbir Saatlı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Saatlı rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, idarə və müəssisələrin rəhbər və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə Novruz bayramı ilə əlaqədar “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin sərgi-satış yarmarkasına, Tarix-diyarşünaslıq Muzeyinin və Dövlət Rəsm Qalereyasının sərgisinə baxış keçirilib.

Bayramsayağı bəzədilmiş meydanda qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz atributları, xalçalar, əl işləri nümayiş etdirilib. Baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar, milli geyimli oğlan və qızların rəqsləri, rəngarəng musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl şən zarafatları ilə xoş ovqat yaradıb. Tədbirdə milli adət-ənənələrimizi əks etdirən səhnəciklər göstərilib, idmançıların nümunəvi çıxışları maraqla qarşılanıb.

Bayram tədbiri konsert proqramı və rəqs nümunələri ilə davam edib.